Müqavilə ilə “Lokomotiv” klubuna məxsus olan, hazırda icarə əsasında İspaniyanın “Selta” klubunda çıxış edən rusiyalı futbolçu Fyodor Smolov qarət olunub.
Bu barədə “El Caso” nəşri məlumat yayıb.
İnsident gecə klublarından birində baş verib.
Hücumçunun 300 min avro dəyərində qol saatı oğurlanıb.
30 yaşlı futbolçu polis idarəsinə gedərək ərizə yazıb.