"Qələbə münasibətilə hər kəsi təbrik edirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" komandasına 4:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Bilirdik ki, biz "Petrokub"dan güclüyük. Sadəcə, arxayınlaşmaq olmazdı. Bir həftə ərzində bunun üzərində işlədik. Moldovadakı oyundan fərqli olaraq, bu dəfə taktiki düzülüşümüz dəyişmişdi. Artıq dördüncü qoldan sonra növbəti mərhələyə vəsiqə qazandığımız aydın idi. Bu matç inkişafımız üçün çox önəmlidir", - deyə mütəxəssis bildirib.
Valdas Dambrauskas oyun ərzində bəzi mövqe səhvlərinin olduğunu da vurğulayıb:
"Sanki futbolçularım bir qədər arxayınlaşmışdılar. Bu məni narahat edirdi. Qarşımızda hələ iki oyun var. Addım-addım irəliləmək istəyirik".
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlub olan komandası ilə qarşılaşacaq.
Anar Həsənov