"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcə komandanın dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də saat 12:00-da başa çatacaq.
Bundan sonra hər qarşılaşma üçün fərdi biletlərin satışına başlanılacaq. Fərdi biletlərin satış tarixləri və digər detallarla bağlı məlumatlar klub tərəfindən ayrıca açıqlanacaq.
Qeyd edək ki, paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Çexiya), "Borussiya Dortmund" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə keçirəcəyi bütün ev oyunlarını eyni yerdən izləmək imkanı verir.
Klub paket biletlərə marağın gözləntiləri üstələdiyini və dörd qarşılaşmanın hər birinə azarkeş marağının yüksək olduğunu açıqlayıb.
Beləliklə, "Sabah"ın bütün ev oyunlarını eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-də saat 12:00-dək əldə edə bilərlər. Bu vaxtdan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.