UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq "Sabah" oyundan əvvəl son məşqini keçirib.
Oxu.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komandanın hazırlıq prosesinin müəyyən hissəsi KİV nümayəndələri üçün açıq olub.
* "Sabah"ın baş məşqçisi: "Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur"
* İvan Lepinitsa: "Səfərdə çox yaxşı çıxış etmişdik, rəqib iki qol şansından yararlandı"
* Valdas Dambrauskas: "Tək məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır"
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək matç sabah saat 20:00-da start götürəcək. Komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşma "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.