Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Sent Patriks Atletik" klubunun baş məşqçisi: "Favorit hesab olunmurduq"
"Cütün favoriti hesab olunmurduq".
"Report" xəbər verir ki, bunu İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis 0:1 hesabı ilə qalib gəldikləri görüşü şərh edərək bildirib: "Oyunçularımla fəxr edirəm. Cütün favoriti hesab olunmurduq. Qələbə qazandığımız üçün şadam. "Sabah"ın yüksəksəviyyəli futbolçuları var. Rəqib komanda görüşə daha yaxşı başlamışdı. Lakin hər iki görüşdə qalib gəlməyimiz, məncə, rəqibindən üstün olduğumuzu sübut etdi".
Qeyd edək ki, İrlandiyada keçirilən ilk matçda 0:1 hesabı ilə uduzan "Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.