“Barselona”nın keçmiş baş məşqçisi Enrike Setyen Kataloniya komandasından ayrıldıqdan sonrakı həyatı barədə danışıb.
O, “Marca”ya açıqlamasında klubdan ayrıldıqdan sonra telefon nömrəsini belə dəyişdirdiyini vurğulayıb:
“Artıq Barselonada baş verənlərə görə peşmanlıq anlarını keçirmişəm, amma bu, işin bir hissəsidir. Özünüzü etdiyim hər şeydən təcrid etməyi bacarsanız, az və ya çox dinc yaşaya bilərsiniz. Telefon nömrəmi dəyişdirdim. Məni küçədə saxladılar, müsahibə istədilər, amma eyni ruhda davam etməyə çalışıram”.
Qeyd edək ki, bu ilin yanvarında “Barselona”ya baş məşqçi təyin edilən Kike Setyen kluba heç bir titul qazandıra bilməyib.
O, komandası Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə 2:8 hesabı ilə uduzduqdan sonra klubdan qovulub.
Səbuhi Musayev