Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Sevilya"nın sabiq hücumçusu: "Juninyonun İspaniyada işi asan olmaycaq"
"Əgər "Sevilya" kimi klub hər hansı bir oyunçunu almaqda israr edirsə, deməli, həmin futbolçunun potensialına çox inanır".
Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə İspaniyanın "Sevilya" komandasında çıxış etmiş rumıniyalı keçmiş futbolçu Raul Rusesku "Qarabağ"ın üzvü Olavio Juninyonun Əndəlüs klubuna keçəcəyi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Juninyonun "Sevilya"da işi asan olmayacaq: "Sevilya" böyük hədəfləri olan komandadır. Həmin klubda oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Bu formanı geyinən hər bir oyunçu öz səviyyəsini yüksəltməli, kollektivə uyğunlaşmalıdır. Orada rəqabət gərgindir. Juninyo İspaniyada məhsuldar ola bilər. Buna şübhəm yoxdur. Bu transfer onun karyerasına müsbət mənada təsir edəcək. Uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey braziliyalının ürəyincə olacaq".
Qeyd edək ki, rəsmi açıqlama olmasa da, "Qarabağ" və "Sevilya" klubları braziliyalı futbolçunun transferində razılıq əldə ediblər.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR