Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müqəddəs Məkkə və Mədinədə təbii fəlakət: "Təhlükənin qırmızı səviyyəsi" elan edildi
Səudiyyə Ərəbistanının müsəlmanlar üçün müqəddəs şəhərləri - Məkkə və Mədinə təbii fəlakətin əsiri olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda regiona yağan leysanın fəlakətlə nəticələndiyi - şəhər küçələrinin selə qərq olunduğu, çoxlu sayda avtomobilin güclü su axınları ilə yuyulub aparıldığı görünür.
Səudiyyə Ərəbistanının Meteorologiya Xidməti Məkkə, Mədinə və Ciddədə ən yüksək - "təhlükənin qırmız səviyyəsi"ni elan edib. Sel quru və daşlı çıxıntılar boyunca kaskad şəklində axaraq yaşayış məntəqələrini su altında qoyub.
Xəsarət alanlar, itkin düşənlər barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, "təhlükənin qırmızı səviyyəsi" - ciddi maddi ziyan və insan ölümlərinə səbəb ola biləcək ekstremal intensivlikli meteoroloji hadisələr (çox güclü yağış və qar yağması, iri dolu, çox güclü külək, fövqəladə yanğın təhlükəsi və s.) gözlənildiyi barədə xəbərdarlıqdır.