Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tonalidən şok etiraf: “Milan”ın oyunlarına mərc edib
İngiltərənin “Nyukasl” klubunun futbolçusu Sandro Tonalinin mərc oyunlarında iştirakı ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi “Milan”da çıxış edərkən “rossoneri”nin oyunlarına pul qoyub. Lakin o yalnız özünün oynamadığı matçlara mərc edib. Bunu futbolçu özü etiraf edib.
Araşdırmanın yekununda Tonalinin hansı müddətə cəza alacağı dəqiqləşməyib. Ancaq bunun yeddi ay cəzalandırılan “Yuventus”un futbolçusu Nikolo Facolidən daha çox olacağı bildirilir. Məlumata görə, Tonalini birillik müddətə futboldan uzaqlaşdırma cəzası gözləyir.
Xatırladaq ki, İtaliya millisinin daha bir üzvü - Nikolo Zanyolonun adı da mərc oyunlarında iştirakda hallanır.
Mənbə: football-italia.com
"İtaliya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- İranda saxlanılan italiyalı jurnalistin azad edilməsinə İlon Mask köməklik göstərib?
- İtaliyada qar uçqunu: Ölənlər var
- İtaliyada bank və şirkətlərə haker hücumu edildi
- İtaliya mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini diqqətdə saxlayıb
Rəylər