İran çempionatında 10-cu turun oyunları keçirilir.
Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, bu gün Təbrizin iki klubu üz-üzə gəlib.
“Traktor Sazi” səfərdə “Qostareş”lə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər Təbriz təmsilçisi “Maşın Sazi” isə öz meydanında “Paykan”a uduzub - 1:4.
Qələbə ilə xalını 20-ə çatdıran “Traktror Sazi” liderliyə yüksəlib. “Persepolis” 19 xalla ikinci, “Paykan” 15 xalla üçüncüdür.
A.M.