Tovuzda fəaliyyət göstərən “Turan” futbol klubunun oyunçusu zəhərlənib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edib. O, zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Futbolçuya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M.Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.
Klubun daha bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib.
S.B.
www.oxu.az