Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Daha bir futbolçu Türkiyə millisinin düşərgəsini tərk etdi
Türkiyə milli komandasının heyətində növbəti ciddi itki baş verib.
Oxu.Az xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Kaan Ayhan yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Mətbuat Xidməti məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla ilk matçında (3:1) zədələnərək meydanı tərk edib.
Daha əvvəl "Fənərbağça"nın müdafiəçisi Mert Günok və "Qalatasaray"ın vingeri Yunus Akgün zədə səbəbindən "ay-ulduzlular"ın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə yığması sabah Bakı vaxtı ilə saat 21:00-da səfərdə Macarıstanla cavab görüşünə çıxacaq.
Türkiyə millisinin heyətində dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən düşərgəni tərk ediblər.
Bunun əvəzində İtaliyanın "Palermo" komandasında çıxış edən Rayyan Baniya yığmaya cəlb olunub.
Qeyd edək ki, Türkiyə seçməsi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. Komandalar arasında ilk matç "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.