Türkiyə Superliqasında XI turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, bu gün tur çərçivəsində növbəti oyunlar baş tutub.
"Göztepe" dogma meydanda "Gənclərbirliyi"ni məğlub edib - 1:0.
Turun mərkəzi görüşlərindən biri olan "Qalatasaray" - "Trabzonspor" oyununda isə hesab açılmayıb.
Bu nəticədən sonra "Qalatasaray" 29 xalla turnir cədvəlində birinci, "Trabzonspor" isə 24 xalla ikincidir.
Qeyd edək ki, sabah tur çərçivəsində "Beşiktaş" - "Fənərbağça" matçı keçiriləcək.