2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.
İlk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.
G qrupunda Türkiyə millisi “Şükrü Saracoğlu” stadionunda Norveçlı qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub.
Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib. Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.
H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.
J qrupunda da üç oyun keçirilib.
Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.
DÇ-2022, seçmə mərhələ
VII tur
8 oktyabr
E qrupu
Estoniya - Belarus - 2:0
Qollar: Erik Sorqa, 58, Sergey Zenyov, 90+3