Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyəli futbolçu: "Lokomotiv" klubu çamadanımı girov götürüb"
Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmaz Moskva "Lokomotiv"inə uğursuz transferindən danışaraq, paytaxt klubunun onun çamadanını girov götürdüyünü bildirib.
Oxu.Az xəbər verir ki, Yılmazın sözlərini "X" sosial şəbəkəsində "343 Digital" yayıb.
"Louis Vuitton" çamadanım hələ də Moskvadadır. "Qalatasaray"ın idarə heyətinin üzvü Albayrak mənə zəng vuranda könülsüz şəkildə "Lokomotiv"lə müqavilə bağlamağa hazırlaşırdım. Mənim ardımca gələcəyini dedi. "Lokomotiv" nümayəndələri getmək istədiyimi anlayanda çamadanımı girov götürdülər. Gəzmək istədiyimi dedim. Pulqabım və pasportum əl çantamda idi. "Qalatasaray"dan gəlib məni apardılar və onlarla müqavilə bağladım", - Yılmaz bildirib.
Qeyd edək ki, Yılmaz 2012-2016-cı illərdə "Qalatasaray"da çıxış edib. 2012/13 mövsümündə "Qalatasaray"la birlikdə Türkiyə çempionu olub. O, 2006-2022-ci illərdə Türkiyə millisində çıxış edib. 2023-cü ildə Yılmaz karyerasını başa vurub.
Rəylər