Burak Yılmaz Superliqa təmsilçisi "Çorum" klubunun baş məşqçi postuna təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi məlumat yayıb.
Tərəflər üçillik müqavilə imzalayıblar.
Qeyd edək ki, "Çorum" ötən mövsüm klubu Superliqaya çıxaran baş məşqçi Uğur Uçar ilə dünən yollarını ayırıb. Klub daha əvvəl tanınmış məşqçi Abdullah Avcı ilə danışıqlar aparsa da, yekun qərar olaraq Burak Yılmazın üzərində dayanıb.
Qeyd edək ki, son klubu "Qaziantep" olan 41 yaşlı Burak Yılmaz karyerası ərzində "Beşiktaş", "Kayserispor" və "Kasımpaşa"nı da çalışdırıb.