"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Benfika" ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, "Arsenal" və "Barselona"nın sabiq futbolçusu Tyerri Anri Ağdam təmsilçisinin oyunu barədə danışıb.
O, "CBS Sports" televiziya kanalının Çempionlar Liqasının xüsusi buraxılışında ekspert kimi çıxış edib. Anri bugünkü qarşılaşmada təmsilçimizin xal qazanacağını düşündüyünü söyləyib:
"Bu gün iki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel"dir. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" və "Real Madrid" - "Marsel" matçları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.