Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Avropa Liqasının finalında biabırçılıq - Futbolçulara medal çatmadı
Avropa Liqasının finalı biabırçılıqla yekunlaşıb.
Oxu.Az xəbər verir ki, xoşagəlməz hadisə mükafatlandırma mərasimində yaşanıb.
Qalib komanda üçün ayrılan medalların sayı yetərli olmayıb. Bu üzdən "Tottenhem"in bəzi futbolçuları medalsız qalıblar.
UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. Bundan sonra qurum başçısı boş qalan mükafat qutusunu nümayəndə ilə müzakirə etməli olub.
Çeferin növbədə medalını gözləyən Rodriqo Bentankur və Kristian Romeronun əlini sıxmaqla kifayətlənib. Xın-Min Sonla söhbət edən Çeferin ona kuboku verib. Yekunda bu üç futbolçu qızıl medalsız, kubokla şəkil çəkdirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, "Tottenhem" finalda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- "Sabah"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib
- UEFA Avropa Liqasının I təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
- "Sabah"ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki RƏQİBİ BƏLLİ OLDU
- Arda Turanın komandasının ev oyunlarını keçirəcəyi məkan bəlli oldu
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir