Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası ilə vidalaşan altı komanda bəlli olub
Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ilk günü bəzi iştirakçıların taleyinə aydınlıq gətirib, altı komanda turnirlə vidalaşıb.
Oxu.Az xəbər verir ki, artıq 2 komandanın 1/8 finala yüksəldiyi, 6 klubun avrokuboklarla vidalaşacağı dəqiqləşib.
Daha 9 komandanın mübarizəni davam etdirəcəyi müəyyənləşib. Amma onların 1/8 final, yoxsa pley-offda oynayacaqları qarşıdakı matçlarda bəlli olacaq.
1/8 finala yüksələnlər:
"Liverpul" və "Barselona".
1/8 final və ya pley-offa yüksələnlər:
"Arsenal", "Aston Villa", "Atalanta", "Atletiko", "Brest", "Bayer", "İnter", "Lill" və "Monako".
Vidalaşanlar:
"Bolonya", "Srvena Zvezda", "Leypziq", "Slovan", "Şturm" və "Yanq Boyz".
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- "Real"ın baş məşqçisi Karlo Ançelotti hakim qarşısına çıxarılır
- UEFA "Real Madrid"in oyunçuları barəsində araşdırmaya başlayıb
- Klublararası dünya çempionatının yeni kuboku təqdim edildi
- Rafinyanın müqaviləsinə xitam verildi
- Çempionlar Liqasının 2027-ci il final oyunu nə səbəbdən Bakıda keçirilməyəcək?