UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində PSJ evdə "Aston Villa"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Park de Prens" stadionunda keçirilmiş oyun Fransa təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.
35-ci dəqiqədə Rocers İngiltərə təmsilçisini hesabda önə çıxarsa da, PSJ ardıcıl üç dəfə fərqlənərək matçdan qalib ayrılıb.
Due (39-cu dəqiqə), Kvaratsxeliya (49-cu dəqiqə) və Mendeş (90+2-ci dəqiqə) qələbə gətirən qolları vurublar.