UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, "Dördlər finalı"nın ikinci matçında İspaniya millisi Fransa seçməsi ilə üz-üzə gəlib.
Ştutqartda keçirilən oyunda ispanlar fransızları məğlub edərək finala adlayıblar - 5:4. Qolları Uilyams (1:0), Merinos (2:0), Yamal (3:0), Pedri (4:0), Mbappe (4:1), Yamal (5:1), Çerki (5:2), Vivian (5:3) və Kolo-Muani (5:4) vurublar.
Xatırladaq ki, ilk yarımfinal matçında Portuqaliya ev sahibi Almaniyanı 1:2 hesabı ilə məğlub edib. Beləliklə də, həlledici qarşılaşmada azarkeşləri Priney dueli gözləyir.
Qeyd edək ki, üçüncü yer uğrunda matç və final qarşılaşması iyunun 8-də oynanılacaq.
Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə İspaniya millisi Fransa seçməsi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə Almaniyaya 1:2 hesabı ilə qalib gələn Portuqaliya millisi finala vəsiqəni təmin edib. Almaniya isə İspaniya - Fransa görüşündən məğlub ayrılan komanda ilə bürünc medal uğrunda mübarizə aparacaq.
5 iyun
UEFA Millətlər Liqası
Yarımfinal mərhələsi
Saat 23:00, İspaniya - Fransa.