UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının C qrupunda, sentyabrın 29-da, saat 19:00-da keçiriləcək “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xatırladaq ki, Aleksander Çeferin UEFA Avro-2020-nin 4 oyununa ev sahibiliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.
A.M.