Ukraynalı gimnast 20 yaşında vəfat edib
Ukraynalı bədii gimnast Yelizaveta Xorovinkina 20 yaşında vəfat edib.
Oxu.Az "Çempionat" portalına istinadla xəbər verir ki, gənc idmançının ölümünün səbəbi rəsmi olaraq açıqlanmayıb.

Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin məlumatında deyilir:
"Biz Lizanı daim isti münasibət və ruh yüksəkliyi bəxş edən xeyirxah ürəkli işıqlı və səmimi insan kimi xatırlayacağıq".
Xorovinkina 2021-ci ildən bədii gimnastikada fəal çıxış edirdi, idman ustası idi.