Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uzun müddət sonra yaşıl meydanlara qayıdan Neymar yenidən zədələndi
Neymar uzunmüddətli zədəsini sağaltdıqdan bir neçə gün sonra yenidən eyni problemlə üzləşib.
Oxu.Az xəbər verir ki, "Əl-Hilal"ın və Braziliya millisinin 32 yaşlı sol cinah müdafiəçisi Neymar "Esteqlal"la matçda 57-ci dəqiqədə (3:0) meydana daxil olub.
Lakin 86-cı dəqiqədə zədələnən Neymar ayağını tutaraq meydanı tərk edib.
Qeyd edək ki, Neymar Dünya Çempionatının seçmə mərhələsinin Uruqvayla qrup mərhələsi matçında (0:2) çarpaz bağlarından zədə aldığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
"Neymar" teqi üzrə xəbərlər
Ən çox oxunanlar