Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində növbəti döyüşünü keçirəcək.
Oxu.Az-a açıqlama verən Vüqar Kərəmovun sözlərinə görə, o, noyabr ayının 3-də qırğızıstanlı Rəcəbəli Saidullaevlə üz-üzə gələcək.
Təmsilçimiz kəmər uğrunda döyüşəcək.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 10 döyüşün 7-də qələbə qazanıb.
İdmançımızın ümumilikdə aktivində 27 qarşılaşmada 21 qalibiyyət var.
Anar Həsənov