Azərbaycan Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Oxu.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, avqustun 20-dən 23-dək təşkil olunacaq yarışda 10 oğlan və 4 qız idmançı mübarizə aparacaq.
Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qızlar
40 kq
Sunay Salamova;
Zəhra Quliyeva.
44 kq
Pərvin Sevxanlı.
48 kq
Könül Eyvazlı.
Oğlanlar
50 kq
Fərid Rzazadə.
55 kq
Fərid Xudiyev;
İbrahim Talıbov.
66 kq
İlkin Qarayev.
73 kq
Yusuf Nəzər;
Sadiq Məmmədov.
81 kq
Ayxan Həsənli;
Yaqub Məmmədov.
90 kq
Ömər Axundov;
Nurəddin Əliyev.
Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.