Fütbol üzürə Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata maraqlı açıqlama verib.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, çalışdırıcı Azərbaycan yığması ilə “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində gələn il mart ayında keçiriləcək oyunu qrupun “top matçı” adlandırıb:
“Azərbaycan təəccüblü komandadır. Qrupda artıq 7 xal toplayıb. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik”.
E.Ə.
www.oxu.az