Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yüksək Liqa: “Azərreyl” “Neftçi”yə qalib gələrək liderliyə yüksəlib
Kişi voleybolçuların Yüksək Liqasında XII turun bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticələrdən sonra xallarını 21-ə çatdıran “Azərreyl” liderliyə yüksəlib. “Neftçi” isə 16 xalla dördüncü pillədə qalıb.
"Neftçi PFK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar