Madridin “Real” komandasının baş məşqçisi Zinəddin Zidanın oğlu Entso yetirməsi olduğu “kral klubunu” tərk edərək İspaniya çempionatının digər komandası “Alaves”ə keçib.
Klub 22 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə bağlayıb. Transfermarkt.de portalının məlumatına görə, Entso “Alaves”ə havayı başa gəlib, amma ilkin komanda idmançının yenidən geri alınmasına dair bəndin müqaviləyə daxil edilməsinə nail olublar.
Entso “Real”ın ehtiyat komandası “Real Kastilya” üçün 78 oyunda iştirak edib, yeddi qol vurub, qol ilə nəticələnən 15 ötürmə edib.

S.S.
www.oxu.az