UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.
Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Bu gün "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma "Şerif"lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
11 iyul
UEFA Avropa Liqasının I təsnifat mərhələsi
"Şerif" - "Zirə"
Saat 21:00, "Şerif" İdman Kompleksi
Rəylər