ABŞ Konqresinin Nümayəndələr Palatası 22 dövlət təşkilatından Rusiyanın “Kasperski Laboratoriyası” barədə sənədlərin təqdim olunmasını istəyib.
Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Konqres hesab edir ki, bu şirkətin proqramları və digər məhsullarından ABŞ-a qarşı istifadə oluna bilər.
Sorğu dövlət qurumlarına Nümayəndələr Palatasının Elm, texnologiyalar və kosmos üzrə komitəsindən daxil olub. Komitə “Kasperski” barədə bütün sənədlərin və məlumatların, o cümlədən risk qiymətləndirmələrinin təqdim olunmasını tələb edib. Qanunvericilər narahatdır ki, şirkət Rusiya hökumətinin təsiri altındadır və onun məhsullarından ABŞ-a qarşı casusluq, sabotaj və digər bəd niyyətlərlə istifadə oluna bilər.
Komitədən bildirilib ki, bu, ilk addımdır və sənədlər öyrənildikdən sonra növbəti addımlar atılacaq.