Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi
Azərbaycanın “Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Trend” “Arianespace” şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.
“Azerspace-2/Intelsat 38” peyki “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, “Horizons 3e” peykini də aparacaq.
Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər