Çin hökuməti "WhatsApp" messencerinin işini bərpa edib.
Oxu.Az bu barədə "Financial Times"a istinadən xəbər verir.
Hazırda sosial şəbəkə istifadəçiləri mətn, eləcə də, şəkil və səsli ismarıcları göndərə bilirlər.
Xatırladaq ki, Çin hökuməti ötən bazar günü, sentyabrın 24-də “WhatsApp” messencerini ölkə ərazisində bloklamışdı.
09:28 (26.09.2017)
Çin hökuməti “WhatsApp” messencerini ölkədə bloklayıb.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, bundan öncə ölkədə xidmətin funksiyaları - şəkillərin və digər faylların, eləcə də, səsli ismarıcın göndərilməsi müvəqqəti məhdudlaşdırılmışdı. Lakin bu gün “WhatsApp” bloklanıb.
Qeyd edək ki, Çində “Facebook” (2009-cu ildən) və “Instagram” da işləmir.
N.O.