“We Are Social” və “Hootsuite” şirkətlərinin hesabatlarına əsasən, dünya əhalisinin üçdə ikisinin mobil cihazı var.
Oxu.Az “ixbt.com”-a istinadən xəbər verir ki, bu da beş milyard nəfərin mobil telefona sahib olması deməkdir.
Hesabatda qeyd edilir ki, mobil cihazların 80%-ni smartfonlar təşkil edir.
Nəzərə çatdıraq ki, dünya əhalisinin 7,511 milyard nəfər olduğu təxmin edilir. Onun yarıdan çoxu - 54%-i şəhərlərdə yaşayır. Əhalinin 51%-nin, yaxud 3,811 milyard nəfərinin qlobal şəbəkəyə çıxış imkanı var.
Ən populyar internet resursları sosial şəbəkələrdir. Sosial şəbəkələrin 2,895 milyard istifadəçisi var. Bu da dünya əhalisinin 39%-i deməkdir.
Mobil cihazlar vasitəsilə sosial şəbəkələrə daxil olanların sayı 2,692 milyard nəfər təşkil edir. Yəni əhalinin 36%-i.
Yalnız “Facebook”un aktiv istifadəçilərinin sayı 1,938 milyard nəfərdir.
L.Ə.