“Qlobal internetdə 2014-2016-ci illər ərzində hər gün 300 min yeni virus yayılır”.
Oxu.Az xəbər verir ki, bu sözləri kibercinayətkarlıq üzrə ekspert Sergey Lojkin bu gün təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1994-cü ildə isə 1 saatda cəmi 1, 2006-cı ildə 1 dəqiqədə 1, 2011-ci ildə isə artıq 1 saniyədə 1 virus yayılırdı.
Ekspert qeyd edib ki, 2003-2009-cu illər arasını təxminən 6 ili isə kibercinayətkarlığın genişlənməsi ili adlandırmaq olar:
“Həmin mərhələdə hakerlər başa düşdülər ki, onlar virus vasitəsilə daha böyük pullar qazana bilərlər”, - deyə S.Lojkin deyib.
Ülviyyə R. Əli
www.oxu.az