Dünyanın ən populyar foto və video paylaşım platforması olan "Instagram"da bu gün giriş məhdudiyyətləri yaşanır.
Oxu.Az "Milliyet" nəşrinə istinadən xəbər verir ki, tətbiqə daxil olmaq, əsas səhifəni yeniləmək və mesaj göndərmək istəyən milyonlarla istifadəçi problemlə üzləşib.
Bildirilir ki, nasazlıqlar həm mobil tətbiqdə, həm də veb versiyada yaşanır.
"Downdetector" platformasının məlumatlarına görə, "Instagram" istifadəçilərinin xəta bildirişlərində nəzərəçarpan artım qeydə alınıb. İstifadəçilər xüsusilə "Kəşfet" (Explore) səhifəsinin yüklənməməsi, Hekayələr (Stories) bölməsinin açılmaması və birbaşa mesajların (DM) ünvanına çatmaması kimi problemlərdən şikayət edirlər.
Hələlik "Meta" və ya "Instagram" rəhbərliyindən mövzu ilə bağlı rəsmi bəyanat verilməyib. Platformadakı nasazlığın bir neçə saat ərzində tədricən düzələcəyi gözlənilir.
Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan "Facebook"un işində nasazlıq yaranıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, platforma daxilində qlobal miqyasda böyük çökmə qeydə alınmasa da, bəzi istifadəçilər hesablarına daxil olmaq istəyərkən sistemin donması problemi ilə qarşılaşıblar.
Hesablarına giriş etməyə çalışan istifadəçilər brauzerin ünvan sətrində yönləndirmə xətası ilə üzləşiblər.
İstifadəçilərin ekranında aşağıdakı xəbərdarlıq peyda olub: "Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza giriş etmək mümkün deyil. Bu problemin qısa müddətdə həll olunacağını ümid edirik. Xahiş edirik, bir neçə dəqiqə sonra yenidən cəhd edin".