"Reddit"in "Updawg" adlı istifadəçisi dünyada ilk dəfə olaraq Antarktidada məşhur "Diablo 2" oyununu oynadığını bildirib.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
Sübut olaraq o, "AYN Thor" adlı portativ "Android" konsolunda işə salınmış oyunun fotosunu paylaşıb. Cihaz bu bölgəyə xas olan təxminən -30°C temperaturda belə işləyib.
Qeyd edək ki, "Diablo 2" 2000-ci ildə "Windows" və "Mac" əməliyyat sistemləri üçün buraxılmış "Action RPG" janrında kompüter oyunudur.
