“Google” və HTC (hər şey məhz ona işarə edir) iki yeni “Nexus” smartfonu hazırlayır, həmin smartfonlar artıq avqustda Android 7.0 Nougat – Marlin və Sailfish final relizi ilə birgə debüt edə bilərlər.
Oxu.Az mobiltelefon.ru-ya istinadən xəbər verir.
Belə ki, smartfon Full HD-displeyə, Snapdragon 820 çipsetə, 4 ГБ operativ yaddaşa, 32-ГБ daxli yaddaş kartına, 12 Mp və 8 Mp kameraya, barmaq izi skaneri və adıçəkilən “nuqa”ya malikdir.
Bu gün internetdə “Nexus Sailfish”-in olduğu foto yayılıb. Şəkildə şüşə elementləri və daktiloskopik sensorlu arxa paneli olan smartfon təsvir edilib.
Karkas çox güman ki metaldandır, formaca HTC 10-u xatırladır. Təəssüf ki, biz fotoda yalnız devaysın bir fraqmentini görürük, bununla yanaşı, şəkil yüksək keyfiyyətli deyil. Amma hətta Nexus S1-də daha öncə dərc edilən renderə bənzəyir. Anonsun dəqiq tarixi, elə qiyməti kimi bildirilmir.
