“Microsoft” şirkəti cari ilin dekabrın 15-dən “Docs.com” xidmətini ləğv edir.
Oxu.Az vistanews.ru-ya istinadən bildirir ki, bu haqda informasiya Amerika korporasiyasının rəsmi saytında qeyd edilir. Səbəb kimi isə “SlideShare” və “OneDrive”-in funksiyalarının oxşarlığı göstərilib.
Qeyd edək ki, “Microsoft” və “Facebook” “Docs.com”-u birgə layihə çərçivəsində 2010-cu ildə yaradıblar. Məqsəd xidmətin köməyi ilə onlayn rejimdə öz ofis proqramlarının istifadəçilərinin sayını artırmaq idi.
Hazırda “Microsoft” korporasiyasının əməkdaşları istifadəçiləri “Docs.com”-dan bütün materialları başqa xidmətlərə keçirməyə çağırırlar. Avqustun 1-dən istifadəçilər “Docs.com”-un mövcud olan sənədlərinə dəyişikliklər edə bilməyəcəklər. Qeyd edilən tarixdən - dekabrın 15-dək isə heç kim resursun saytına girə bilməyəcək.
L.Ə.