“İslam Dövləti” terror qruplaşması tərəfdaşlarını ABŞ, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya, İran və Filippində müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında hücumlar etməyə çağırıb.
Oxu.Az gordonua.com-a istiandən xəbər verir ki, bu çağırış iyunun 12-də şifrəli proqramda yayılıb.
Çağırışı qruplaşmanın spikeri Abi əl-Hasan əl-Mühədcirin səsləndirdiyi ehtimal edilir. İŞİD “kafirlər və mübarizə yolundan dönənlərlə” döyüşə çağırır. Gələcək terrorçulara Avropa və Yaxın Şərqdə terror aktları törədən kamikadzelər nümunə göstərilir.
Çağırış İŞİD-in İraq və Suriyada – Mosul və Rakkada əsas mövqelərinin təhvil veriləcəyinə dair informasiyanın fonunda meydana gəlib.
2017-ci ildə Ramazan mayın 26-dan iyunun 24-ə qədər sürəcək.
S.S.
www.oxu.az