“Microsoft” korporasiyası sərt addımlar atmaq və “Skype”ın Londonda yerləşən ofislərini bağlamaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “Financial Times” nəşrinə istinadən məlumatına görə, “Microsoft” şirkətinin iş yerlərinin ixtisarı ilə bağlı anonsu hələ iyul ayında edilib və Londondan həyata keçirilməsinə başlanır.
İllik hesabatların təhlilindən sonra şirkət tərəfindən qəbul edilən qərar bütün dünya üzrə 3 min əməkdaşın ixtisarını nəzərdə tutur.
“Skype”ın London filialında da optimallaşdırma planlaşdırılır. 400 nəfər mütəxəssis ixtisara düşəcək.
Şirkətdən isə izah edirlər ki, belə qərar korporasiyanın maraqları və kadrların optimallaşdırılması prosesindən irəli gəlir.
U.A.
www.oxu.az