"İKT Karyera Sərgisi" kimi sərgilər Azərbaycana və Türkiyəyə çox faydalı olacaq. Bu gün dövlət qurumlarını, universitetləri, sektor nümayəndələrini bir araya gətirən karyera sərgisinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları üçün keçirilən "İKT Karyera Sərgisi"ndə "Bayraktar Teknoloji Azərbaycan"ın Baş texnologiya direktoru Onur Ocak deyib.
O bildirib ki, belə sərgilərin təşkili çox önəmlidir:
"Biz burada universitetlər və qurumlarla birlikdə ortaq məqsədlərə yönəlmək, ortaq hədəf təyin etmək və bunlarla bağlı iş görmək fürsəti tapırıq. Bu mənada bizə fürsət yaratdığı üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə təşəkkür edirik".
O qeyd edib ki, "Bayraktar Texnologiya" Azərbaycanda yüksək texnologiya sahəsində işlər aparır: "Mühəndislikdən proqramlaşdırmaya, süni intellektdən avtonom sistemlərə, istehsaldan sahə əməliyyatlarına qədər uzanan geniş bir sahədə fəaliyyət göstəririk. Eyni zamanda keçən il başlatdığımız, Türkiyədə də çox önəm verdiyimiz təcrübə proqramlarına Azərbaycanda da başladıq. Bunların da çox faydalı olacağını düşünürük. Keçən il 775 müraciətçidən 52 azərbaycanlını təcrübəçi kimi qəbul etdik. Bunlardan da 15-i ilə birlikdə işləməyə başladıq, işə götürdük. Bir sözlə, belə sərgilərin Azərbaycana və Türkiyəyə çox faydalı olacağını düşünürük".
Məhərrəm Əliyev