“SpaceX” şirkətinin əməkdaşları “Falcon Heavy” raketinin buraxılışının animasiya videosunu hazırlayıblar.
Oxu.Az-ın xəbərinə görə, videonu öz Instagram səhifəsində İlon Mask yerləşdirib.
“Falcon Heavy” raketinin ilk buraxılışı 2017-ci ilin noyabr ayına planlaşdırılıb. Mask hesab edir ki, ilk cəhd uğursuz olacaq. Səbəb kimi isə, o 27 mühərriyin sinxron işləməməsini göstərir.
“Falcon Heavy” raketinin ilk pilləsi mərkəzi blok və “Falcon 9” raketinin ilk pillələrinin təkmilləşdirilmiş formasında olan iki yan sürətləndiricidən ibarətdir.
S.B.
www.oxu.az