"Telegram"ın təsisçisi Pavel Durov tezliklə messencerdə xüsusi kriptopulqabının istifadəyə veriləcəyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Durov "Telegram" kanalına bildirib.
Durovun sözlərinə görə, yeni pul kisəsi "Gram" adlanacaq və bu yay hər bir "Telegram" tətbiqində əlçatan olacaq.
İddia edilir ki, bu texnologiya bir milyarddan çox istifadəçiyə komissiyasız, anında kriptovalyuta əməliyyatları həyata keçirmək imkanı verəcək.
Qaynar xətt:
(055) 224 12 12