Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyəni irəli aparan nəhəng layihələr: PUA daşıyan gəmi, “Togg” avtomobilləri, IMECE müşahidə peyki - FOTO
Türkiyə son 15 gündə “TCG Anadolu” gəmisinin və müşahidə peyki IMECE-nin istismara verilməsi, “Togg”un T10X modelinin təhvil verilməsi, Kocaeli Şəhər Xəstəxanasının, həmçinin Ankara və İstanbulda bəzi metro xətlərinin açılışı kimi mühüm hadisələrə şahidlik edib.
Ən mühüm mərasimlərdən biri aprelin 3-də Ankarada, Prezident Kompleksində ilk “Togg” T10X-in ölkə başçısına təhvil verilməsi ilə bağlı keçirilib.
Digər tərəfdən isə İstanbulun nəqliyyat infrastrukturunu gücləndirmək üçün inşa edilən 6,2 kilometrlik Başakşehir-Şam və Sakura Şəhər Xəstəxanası-Kayaşehir metro xətti aprelin 8-də Prezident Ərdoğanın da iştirak etdiyi mərasimlə istifadəyə verilib.
Dünyanın pilotsuz uçan aparat daşıya bilən ilk gəmisi olan “TCG Anadolu” aprelin 10-da Tuzla Sedef Gəmiqayırma Zavodunda təşkil edilən mərasimdə təhvil verildi.
Mərasimdə iştirak edən Ərdoğan: “Biz bu gəmini “Türkiyə əsri” çərçivəsində lider ölkə olaraq mövqeyimizi möhkəmləndirəcək və dünyada söz sahibi olacaq bir simvol kimi görürük”, - deyə bu layihənin əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyənin ilk yerli və milli müşahidə peyki olan IMECE 15 aprel tarixində ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından orbitə buraxılıb.
Türkiyə Neft Şirkəti (TPAO) tərəfindən həyata keçirilən Sakarya qaz yataqlarının inkişafı layihəsi çərçivəsində Qara dənizdə aşkar edilən 710 milyard kubmetrlik nəhəng təbii qaz ehtiyatlarının 2020-22-ci illər ərzində şəbəkəyə çatdırılması istiqamətində görülən işlər də sona çatır.
Quruda səkkiz min, dənizdə isə iki mindən çox personalın çalışdığı layihənin birinci mərhələsində hasil edilən təbii qaz aprelin 20-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək Qara dəniz qazının istismara verilməsi mərasimi ilə quruya çatdırılacaq.
İlk aqreqatının işə salınması üçün geri sayımın başladığı Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu isə aprelin 27-də nüvə yanacağı ilə təmin edildikdən sonra “nüvə stansiyası” statusunu qazanacaq.
Bununla da Türkiyə nüvə enerjisini elektrik enerjisinə çevirən ölkələrdən biri olacaq.
Tam gücü işə salındıqda ildə təqribən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək stansiyanın Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini qarşılayacağı proqnozlaşdırılır.
Nəhəng nəqliyyat layihələri çərçivəsində inşa edilən və aprelin 26-da istifadəyə veriləcək Ankara-Sivas yüksək sürətli qatar xətti səyahət müddətini 12 saatdan 2 saata endirəcək.
Hərbi sənayenin milliləşdirilməsi Türkiyə üçün öncəlik təşkil edən məsələlərdəndir. Belə ki, yenilənən və kütləvi istehsal mərhələsinə keçid edən “Altay” tankı aprelin 23-də sınaqdan keçirilmək üçün Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil veriləcək.
Bundan əlavə, təlim-döyüş təyyarəsi “Hürjet”in ilk uçuşunun mayın ilk həftəsində həyata keçirilməsi planlaşdırılır.
APA İnformasiya Agentliyi
"PUA" teqi üzrə xəbərlər
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Günlərdir sakinlərin təlaşına səbəb olan sirli dronlar barədə Pentaqondan qeyri-adi cavab
- Ukrayna PUA-sı Qroznıda "OMON"un bazasına hücum edib
- ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda
- DSX "Vətəndaş A"nın dronunu vurub?
Rəylər