“Twitter” mətn mesajının həcmini kəskin şəkildə artırıb və şrift formatını tətbiq edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin özündən xəbər verilib.
“Biz “Twitter”də yazı və oxu təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən “Twitter” mətni qalın və ya kursivlə formalaşdırmaq imkanı ilə 10 000 simvol uzunluğuna qədər mesajları dəstəkləyir.
Qeyd olunub ki, mətnin formalaşdırılması imkanları “Twitter Blue” abunəçilərində görünür.
Bundan əvvəl mətn mesajının həcmi 280 simvoldan 4000 simvola qədər artırılmışdı.
We’re making improvements to the writing and reading experience on Twitter! Starting today, Twitter now supports Tweets up to 10,000 characters in length, with bold and italic text formatting.
— Twitter Write (@TwitterWrite) April 14, 2023
Sign up for Twitter Blue to access these new features, and apply to enable…