"WhatsApp" messencer proqramında yaranmış problem aradan qaldırılıb. Platforma üzərindən ismarıc yollamaq və almaq mümkündür.
***
12:34
"Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində problem yaranıb.
Oxu.Az xəbər verir ki, istifadəçilər artıq 1 saatdır messencerdən istifadə edə bilmirlər. Platforma üzərindən ismarıc yollamaq və almaq mümkün deyil. Bu, yalnız Azərbaycanda deyil, bütün dünya üzrə müşahidə olunur.
Problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat yoxdur.
L.Ə.