Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“WhatsApp”dan internetsiz necə istifadə etmək olar? – YENİLƏNİB + VİDEO
“WhatsApp” dünyada smartfonlar üçün ən yaxşı proqramlardan biri sayılır. İstifadəçi sayı milyardı ötən tətbiqdə hər ay milyardlarla ismarıc göndərilir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da istifadəçiləri bir sual maraqlandırır: Proqram internetsiz işləyir?
Xəbər verdiyimiz kimi, Mövqe.az saytı android əsaslı cihazlarda belə bir əməliyyatın mümkün olduğunu yazmışdı.
“Mentalitet” Facebook səhifəsində isə bu əməliyyatın necə yerinə yetirilməsinə dair video yerləşdirilib.
Həmin görüntüləri sizə təqdim edirik:
19.06.2017 16:41
Dünyanın ən böyük mesajlaşma platforması olan “WhatsApp”ın internetsiz şəraitdə də istifadə edilməsi mümkündür.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, əməliyyat hələlik yalnız android əsaslı cihazlar üçün mümkündür. Yəni internetsiz “WhatsApp” istifadəsi “iPhone” istifadəçilərini əhatə etmir.
Android cihazlarında internetsiz “WhatsApp”dan istifadə etmək üçün:
1 - Parametrlər - Bağlantılar - Mobil ayarlar
2 - Access Point - Adlar
3 - Sağ yuxarıdakı “yüklə” düyməsi
4 - Ad: WhatsApp
APN: internet
Proxy: 127.0.0.01
Bağlantı nöqtəsi: 8080
5 – Qeyd ediləndən sonra “Access Point Adları”ndan “WhatsApp”ı seçin.
Bu əməliyyatın iOS-da həyata keçirilməməsinin səbəbi ayarlar hissəsinin məhdud olmasından qaynaqlanır. Çünki iOS “proxy” və “port” dəyişməsinə icazə vermir.
L.Ə.