“Apple” şirkəti yeni “iPhone 8” və "iPhone X” smartfonlarını təqdim edib.
Oxu.Az xəbər verir ki, “iPhone X” gözləndiyi kimi bir çox yeniliklərlə gəlib.
“iPhone X” ilk dəfə metal korpusla istifadəyə verilib. 2 rəngdə istehsal edilən bu smartfonlar qara və boz rənglərində olacaq.
Smartfonların arxa hissəsi şüşədən hazırlıb. “iPhone X”-də 6 nüvəli A11 Bionic prosessoru yer alıb ki, bu da əvvəlkindən 70% sürətlidir.
Qeyd edək ki, telefonun qiyməti Azərbaycanda təqribən 1800 manat olacağı gözlənilir.
E.Ə.
www.oxu.az