Oksford Universitetinin alimləri müəyyən ediblər ki, kömürdə hazırlanmış qidanın tez-tez qəbul edilməsi ürək-damar xəstəliklərindən erkən ölüm riskini artırır.
Oxu.Az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.
Araşdırmalarda Çindən yaşı 30-79 arası olan 341 730 nəfər iştirak edib. Könüllülər arasında aparılan sorğu zamanı onların yemək hazırlayarkən hansı yanacaqdan istifadə etdiyi öyrənilib. Sonda həftədə azı bir dəfə kömürdə hazırlanmış qidadan istifadə edən və ürək-damar xəstəliyi olmayan şəxslər seçilib.
Ümumilikdə könüllülərdən 22,5 faizi 30 il müddətində yeməklərin hazırlanmasında bərk yanacaqdan istifadə edib. Onlardan 24,6 faizi 10-29 yaş arası insanlar, 53 faizi isə 10 yaşdan balaca uşaqlar olub. Araşdırmalar müddətində 8304 nəfər ürək-damar xəstəlikləri nəticəsində vəfat edib. Məlum olub ki, qidanın kömürdə hazırlanması ölüm riskini 3 faiz artırır.
Alimlər bildiriblər ki, yeməklərin hazırlanmasında elektrik və ya qazdan istifadə edilməsi ürək-damar xəstəlikləri riskini azaldır.